Ru
17:20 / 28 Aprel 2026

Sumqayıtda tarixi xəstəxana binası çökür - TƏBİB nə deyir?

Sumqayıtda tarixi xəstəxana binası çökür - TƏBİB nə deyir?
Eye

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb.

Bakupost.az-a daxil olan görüntülərdə, binanın divarlarında dərin çatların yarandığı və yararsız halda olduğu əks olunub.

Maraqlıdır ki, bu bina ilə bağlı məsələ hələ bir neçə il əvvəldən rəsmi sənədlərdə də yer alıb. Belə ki, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib ki, köhnə binanın sökülərək yerində yeni, müasir tibb müəssisəsinin tikilməsi planlaşdırılır. Hətta bunun üçün ərazi planı hazırlanıb, müzakirələr aparılıb, yerində baxış da keçirilib.

Amma bütün bunlara baxmayaraq, hələ də ortada real işlər yoxdur. Bina isə günü-gündən daha təhlükəli hala gəlir.

Məsələ ilə bağlı TƏBİB-dən Bakupost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxana 1916-cı ildə tikilib və uzunmüddətli istismar nəticəsində binanın bir sıra konstruktiv elementlərində aşınma yaranıb:


“Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, binanın texniki vəziyyəti yerində qiymətləndirilib. Baxış zamanı mövcud çatlar və digər texniki qüsurlar qeydə alınaraq müvafiq rəy formalaşdırılıb.

Mövcud vəziyyət nəzərə alınaraq, gələcəkdə həmin ərazidə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin inşası nəzərdə tutulur”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar