Ru
09:57 / 27 Sentyabr 2019

Sümük əriməsinin qarşısını alan qidalar - Siyahı

15691
Sağlam qidalanma sümük əriməsinin qarşısını almağa və bu problemlə mübarizəyə kömək edə bilər. Osteoporoz sümüklərin zəif və kövrək olmasına səbəb olur. Osteoporozla əlaqəli sınıqlar ən çox omba, bilək və ya beldə olur.

Simptomlar

Tipik olaraq, sümük rezorbsiyasının ilk mərhələsində simptomlar olmur. Bununla birlikdə, sümükləriniz osteoporozla zəiflədikdə bu simptomlar görülə bilər:

- Sınıq və zədələnmə nəticəsində yaranan bel ağrısı
- Zamanla boyun kiçilməsi
- Duruşda əyilmələr
- Sümüklərin tez qırılması

Hər hansı bir canlı toxuma kimi, sümüklər də qida maddələrinə ehtiyac duyur. Yaxşı qidalanma həm osteoporozun idarə olunmasında, həm də qarşısının alınmasında əsas komponentdir.

Sümük sağlamlığı üçün bir pəhriz varmı?

Güclü sümüklər üçün yaxşı qidalanmağa ehtiyac var. Aşağıda qeyd etdiyimiz 5 qidalanma üsulu sümüklərinizin inkişafına kömək edəcəkdir.

1. Daha çox tərəvəz, meyvə və taxıl bitkilərindən bol-bol yeyin

Araşdırmalar daha çox tərəvəz və meyvə yemək sümük sağlamlığını yaxşılaşdırdığını göstərir. Tərəvəz və meyvələrin qida dəyəri xüsusilə kalori və yağ baxımından zəifdir, lakin lif, vitamin və minerallarla zəngindir. Onların tərkibində osteoporoz da daxil olmaqla müxtəlif xəstəliklərdən qorunmağa kömək edən fitokimyəvi maddələr var.

Hər gün dörd və ya daha çox tərəvəz və üç porsiya meyvə yeyin. Meyvə və tərəvəz maqnezium, kalium və C, K və A vitaminlərinin mənbəyidir. Sümük sağlamlığının qorunmasında böyük rol oynayırlar.
Bundan əlavə gündə 4 porsiya taxıl bitkilərindən hazırlanmış qidalardan yeyin. Mümkünsə, təbii halda, dərmansız yetişdirildiyinə əmin olduğunuz dənli bitkilərdən seçin. Çünki dərmanla yetişdirilmiş taxılların təbii halda yetişdirilən taxıllara nisbətdə qida, lif və maqnezium dəyəri aşağı olur.

2. Protein və yağlı qidalar yeyin

Zülal sümük sağlamlığı üçün vacibdir. Çünki sümük toxumasının vacib bir hissəsidir və sümüyün qorunmasında xüsusi rol oynayır. Lobya, qoz-fındıq, toyuğun döş əti, balıq, yumurta və piysiz ət kimi qidaların zülal dəyəri yüksəkdir.

Bitki zülalları sümüyü qorumağa kömək edən bitki birləşmələri ilə zəngindir.
Süd və düz qatıq kimi süd məhsulları da həmçinin bol protein mənbəyidir və sümük sağlamlığına fayda verən kalsiumu da təmin edir.
Zülal gün ərzində qəbul etdiyimiz ümumi kalorinin 25-35 faizini təşkil etməlidir.

Bədəninizin düzgün işləməsi üçün qidalanmamızda bir az yağdan da istifadə etmək lazımdır. Ən yaxşı seçim isə zeytun yağıdır. Axar su hövzələrindən tutulmuş balıqlar omeqa-3 yağ turşularını təmin edir. Lakin, bu yağlar özü də məhdud miqdarda qəbul edilməlidir.

3. Bol miqdarda kalsium qəbul edin

Kalsium sümük sağlamlığı üçün vacibdir. Bu mineral sümüyün əsas quruluş blokudur və yaşlılarda sümük əriməsi həmçinin osteoporotik sınıqların qarşısını alır.
Orta yaş qrupuna daxil olan insanlar üçün tövsiyə olunan gündəlik kalsium miqdarı 1000 ilə 1200 mq-dır.

Əgər kifayət qədər kalsium qəbul edə bilmirsinizsə o zaman mineral tərkibli qida qəbulunu artırmağa çalışın. Kalsiumun ən zəngin mənbəyi süd və süd məhsullarıdır.
Ancaq kalsium tək qəbul edilməməlidir. Vitamin D kalsiumun düzgün bir şəkildə alınması üçün vacibdir və maqnezium kalsiumu sümüyə yönəldərək yumşaq toxumalardan uzaq saxlayır.

4. Şəkər, duz və fosfatı məhdudlaşdırın

Şirniyyat məhsullarının tərkibində şəkər, kalori, qatqı maddələri və kimyəvi maddələr ( üzərinə vurulan rənglər, qurumasın deyə istifadə edilən tozlar ) vardır. Həm də bunların tərkibində bizim üçün lazım olan vitamin, mineral və digər qidalar çox azdır. Ona görə də emal olunan qidalar və içkilərdən istifadəni məhdudlaşdırmalısınız. Şəkərli içkilər əksər hallarda çox böyük təhlükə mənbəyidir. Xüsusən də enerji içkiləri.
Qidalanmazızda çox miqdarda duz da zərərlidir. Duz yalnız yüksək qan təzyiqinə səbəb olmur, həddindən artıq duz orqanizmanızdan sidikdə çıxarılan kalsiumun miqdarını da artıra bilər. Gündəlik 2300 mq, yəni təxminən bir çay qaşığı duz norma sayılır.

Fosfor istifadə etdiyimiz bir çox qidada əlavə maddə kimi qəbul olunur. Qidalanmanızda çox miqdarda qəbul olunan fosfor, kiçik bağırsağınızdan kalsiumun udulmasının qarşısını alır.
Bu problemli komponentlərin qəbulunu məhdudlaşdırmaq üçün, bazardan alınan qidaların etiketlərini yoxlayın və mümkün olduqda təzə qidalar seçin.

5. Spirtli içki və kofein qəbulunu məhdudlaşdırın

Alkoqollu içkilər sümük əriməsini sürətləndirir və bədəninizin kalsiumu udma qabiliyyətini azaldır. Alkoqolu həyatınızdan tamamilə çıxartmağa çalışın. Alkoqol ilə yemək yemək kalsiumun udulmasına ümumiyyətlə mane olur.

Kofein, idrar zamanı kalsium itkisini bir qədər artıra bilər ama qidalanmanızda kifayət qədər kalsium varsa orta günlük kofein qəbulu təxminən 2-3 fincan məsləhət görülür, ondan artıq olmaz.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər