Ru
23:53 / 25 Noyabr 2019

Tacirlə Fədayə Laçın yenidən duet oxudu - VİDEO

3142
Müğənni Tacir Şahmalıoğlu illər sonra duet ortağı Fədayə Laçınla bir araya gəlib.

BakuPost
xəbər verir ki, keçmiş duet ortaqları eyni səhnəni bölüşüb. T. Şahmalıoğlu məclislərin birində duet ifa etdikləri görüntüləri sosial şəbəkədə yayıb.

“Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı”-, deyə o bildirib.

Qeyd edək ki, 2017-ci ildə həbs edilən, bu ilin oktyabrında isə azadlığa çıxan Fədayə Laçınla Tacir Şahmalıoğlunun münasibətlərində soyuqluq yaranmışdı. Fədayə azadlığa çıxdıqdan sonra Tacir həmkarı ilə duet oxumaq istədiyini, lakin İlahə Fədanın onlara mane olduğunu bildirmişdi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər