Ru
13:08 / 27 Oktyabr 2025

Taksi sürücüləri etiraza qalxdı: Vəsiqə almaq belədirsə, kartı nə zülmlə alacağıq? - VİDEO

Taksi sürücüləri etiraza qalxdı: Vəsiqə almaq belədirsə, kartı nə zülmlə alacağıq? - VİDEO
Eye

Bakı avtovağzalında hər gecə buraxılış vəsiqəsi almaq üçün yüzlərlə taksi sürücüsü uzun növbələrə dayanır.

Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Vəziyyətdən şikayətlənən sürücülərdən biri bildirib ki, bu növbələr gecə saat 01.00-da başlayır və səhər saat 05.00-ə qədər davam edir.

Onun sözlərinə görə, sürücülər hər gecə saat 1-də növbəyə dayanmağa gəlməsələr, adları siyahıdan çıxarılır:

“Burda təxminən 500 adam var. Hər gün gecə saat 1-də avtovağzala getmək lazımdır ki, adını siyahıdan çıxartmasınlar. Görün, nə günlərə qaldıq. Buraxılış vəsiqəsi almaq belədirsə, kartı nə zülmlə alacağıq? Allah kömək olsun. Hələ ən azı 1 həftə gecə vaxtı avtovağzala getməliyəm. Səhərə yaxın saat 5-də evə gəlmişəm, amma yenə də mənim ardımdan 100 nəfər növbədə adının çıxmadını gözləyirdi. Videoları bu gecə saat 01:55 və 03:45-də çəkmişəm. Bəlkə də camaatın nazirliyə işə düzəlməsi taksi sürücülərinin belə çətin şəraitdə işləməsindən daha asandır", -deyə o qeyd edib.

Məsələ ilə bağlı AYNA-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət etməyi məsləhət gördülər.

Xidmətin aparıldığı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən isə Bakupost.az -a bildirildi ki, son həftə ərazində taksi minik avtomobilləri ilə sərnişin daşımalarının müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə olunur:

"Şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Qeyd edək ki, tək avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəsisələrində deyil, Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir və icazalərin alınması üçün hər hansısa yerə fiziki gəlməyə ehtiyac yoxdur".

Lalə Novruz, BakuPost



Şərhlər
  • vusal sirinov

    duzdu hamisi pul qazanib aile usaq dolandirmaq isdeyir amma bu yeni qerara esasen 25 min lite catmir bular ortada bos bosuna ezab eziyyetderi ve pullari gedir ozleri ucun gedib bir gun aglasalar daha yaxsi olar YENEDE ALLAH OZU KOMEYLERİ OLSUN SADECE ORTADA PUL SOHBETİ VAR DEYE RASXODSUZ SANSDİ DUSUB AYNANİN ELİNE VESSALAM

  • Rovshan

    Aliev

  • Vüqar Məmmədov

    Bu millətə bu da azdır! Yığışıb şikayət bildirən yoxdur ki, Aeroportda bu nə manapoliyadır belə? Deyən yoxdur ki, oradan sifariş qəbul edən sürücünün məndən nəyi artıqdır? Nəyə görə 5 ulduzlu oteldən VIP qonagı mən aéroporta aparmağa layiq görüldüyüm halda, oradan sifariş qəbul edə bilmərəm. Yəni eyni adamı mən aéroportdan aparmağa layiq görülmədiyim halda, oteldən aeroporta apara bilərəm. Nə qədər də əskik bir düşüncə!!!!!!!!!!!!!!!!!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar