Türkiyənin məşhur pop müğənnisi Tan Taşçının bir neçə gün öncə keçirilən konsertində dəhşətli anlar yaşanıb.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, konsert zalına xüsusi effektlər vermək üçün quraşdırılmış alov buraxan cihaz az qala faciəyə səbəb olacaqmış.
Hadisə sənətçinin pərəstişkarlarının toplaşdığı İzmirdəki "Gürsel Aksel" stadionunda baş verib. Taşçı pərəstişkardan birinin telefonunu götürmək üçün səhnənin kənarına yaxınlaşıb. Lakin həmin anda cihazdan çıxan güclü alov birbaşa onun üzünə tuş gəlib.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə sənətçinin bu arzuolunmaz olaya tez reaksiya verməsi və kənara çəkilərək faciədən son anda dönməsi əks olunub. Lakin görüntülərdə müğənninin saçlarının tüstülənməsi də əks olunub. Alov sənətçini gözünətəsir etməyib