Ru
23:17 / 06 Mart 2026

Tanınmış hakim qəfil vəfat etdi

Tanınmış hakim qəfil vəfat etdi
Eye

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vera Gennadiyevna Kuimova vəfat edib.

Bakupost.az E-hüquq.az-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü hakim qəfil ürək çatışmalığı nəticəsində yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Vera Gennadiyevna Kuimova 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası "Sovetskaya Naxçıvan" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1987-1988-ci illərdə vəkil stajor, 1988-2000-ci illərdə vəkil işləyib.

O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin Fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar