Ru
10:57 / 18 May 2026

Tanınmış jurnalist həbs edildi - SƏBƏB

Tanınmış jurnalist həbs edildi - SƏBƏB
Eye

Türkiyədə tanınmış idman şərhçisi Rasim Ozan Kütahyalı qanunsuz mərc istintaqı çərçivəsində həbs olunub.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, mayın 14-də Adanada mərkəzləşdirilmiş şəkildə həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan jurnalist prokurorluqda ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat Adana mərkəz olmaqla ümumilikdə 21 vilayətdə aparılıb. İstintaq çərçivəsində “qanunsuz mərc oyunlarının təşkili”, “ağır dələduzluq”, “rüşvətxorluq” və “çirkli pulların yuyulması” kimi cinayət əməllərinin araşdırıldığı bildirilib.

Hüquq-mühafizə orqanları əməliyyatın hələ davam etdiyini və istintaqın gedişində yeni saxlanılmaların mümkün olduğunu açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar