"Rosfinmonitorinq" xarici agent elan edilən tanınmış yazıçı Dmitri Bıkovu "ekstremist fəaliyyətdə və ya terrorda iştirakı barədə məlumat olan təşkilatlar və şəxslər siyahısı"na daxil edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"un siyahısına sentyabrın 11-də qeyd əlavə edilibş
Qanuna görə, banklar onun vəsaitlərini dondurmalı və xidmət göstərməyi dayandırmalıdırlar.
Bıkov Rusiya Silahlı Qüvvələrinin istifadəsi haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması və Xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda günahlandırılır.
Moskva prokurorluğunun məlumatına görə, 2023-cü ildə Bıkov "videohostinq saytlarından birində açıq girişdə xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı hərəkətləri barədə bilərəkdən yalan məlumatlardan ibarət müsahibəsinin videoklipini yerləşdirib.
Bundan əlavə,Bıkov xarici agentlərin reyestrinə daxil edilib və sonradan iki dəfə inzibati məsuliyyətə cəlb edilib, xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozaraq iki material dərc edib.
Yazıçı qiyabi həbs edilib. Moskvanın Çeremuşkin məhkəməsi onun işinə baxmağa başlayıb.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi Bıkovu 2022-ci ilin iyulunda xarici agent kimi tanıyıb.