Ru
20:32 / 02 Fevral 2021

Tarixi sən yazdın, Azərbaycan gənci!

5830
Ey Zəfər yürüşünün qalibi Vətən Gənci!

Bu gün sənin günündür, məhz sənin sayəndə biz artıq qalibik. Sən həm qəhrəmansan, həm də xoşbəxtsən. Vətən müharibəsində iştirak edib Şəhid oldun, veteran oldun. Zirvəsi əlçatmaz, başı qarlı dağlar belə sənin adın gələndə lərzəyə düşdü. Sən isə illərin intizarını öz əzəmətinlə məhv etdin Azərbaycan Əsgəri! Xoşbəxtsən ki, tarixi Sən yazdın, bu tarixin müəllifi Sən, oxucusu isə bizlər olduq. Bizlərə qələbə sevinci bəxş edən Vətən oğlu sənin sayəndə başımız dik, alnımız açıqdır.

Biz bu il artıq Gənclər gününü “inşallah gələn il Qarabağımız alınar, orada qeyd edərik” kimi fikirlərlə deyil, dəmir yumruq ətrafında birləşmiş müzəffər ordumuzun layiqli qələbəsi sayəsində qalib dövlətin xoşbəxt gənci olaraq qeyd edirik. Həyatda bu xoşbəxtliyə bərabər heç nə yoxdur.

Ən uca zirvədə olan şəhidlərimizin ruhu qarşısında Vətən torpağında yaşayan bütün gənclər baş əyir, qanınızla geri aldığınız Qarabağımızı göz bəbəyimiz kimi qoruyacağımıza söz veririk. Bunu sözümüzdə, əməlimizdə və fəaliyyətimizdə göstərəcəyik.

Hər daşı, hər qarışı qanımız qədər əziz olan Vətən torpağı! Azərbaycan gənci sənin hər yerində, hər qarış torpağında olacaq, artacaq, inkişaf edəcək. Sənin torpağının şan şöhrətini dünyaya yayacaq. Sən buna layiqsən. Çünki bu gün biz hər birimiz şəhid əzizi, veteran qohumu və sənin əsgərinik. Bununla qürur duyuruq.

Zəfər yürüşlü, qalib ruhlu, Qarabağlı, Şuşalı Vətənimin Gəncləri, Bayramınız Mübarək olsun!

Gənclər gününüzü təbrik edirəm!

İ. Cəfərov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər