Ru
14:12 / 18 Sentyabr 2020

Teatrların açılması müzakirə olunur - Anar Kərimov

2585

"Teatrların fəaliyyətinin ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirə olunur".

Bunu Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Bu barədə qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərtərəfli müzakirə olunandan sonra verilir. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası əsas götürülür. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir", - A.Kərimov bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər