Azərbaycanda tələbə yataqxanalarının ümumi vəziyyəti uzun illərdir həlli tapılmayan müzakirə olunan mövzulardan biridir.
Bakupost.az xəbər verir ki, bir çox hallarda yataqxanaların maddi-texniki bazası köhnəlmiş, sanitar-gigiyenik şərait isə tələbələrin ehtiyaclarını tam ödəmək gücündə deyil.
Halbuki yataqxanalar yalnız qalmaq yeri deyil, tələbələrin sosiallaşdığı, öyrəndiyi və inkişaf etdiyi həyatının ən mühüm hissəsindən ibarət mühitdir.
Bu baxımdan onların yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması tələbələrin həm təhsil keyfiyyətinə, həm də sosial həyatına birbaşa təsir göstərir.
Yataqxanaların mövcud vəziyyətinin yenidən qurulması və modernləşdirilməsi üçün hansı addımlar atılmalıdır? Bu prosesdə dövlət, universitetlərin yanında olmalıdırmı?
Yataqxana şəraitinin yaxşılaşdırılması tələbələrin təhsil və sosial həyatına necə təsir göstərə bilər? Suallarımızı təhsil eksperti İlham Əhmədov cavablandırıb.
Ətraflı BTV-nin video materialında: