Ru
13:24 / 09 May 2026

Tələsmə, asta-asta yaşa

Tələsmə, asta-asta yaşa
Eye

Ceyhun Musaoğlu

Səni yoxa çıxaracaq nöqtəyə çatmaq üçün niyə tələsəsən axı?

Əslində insan yorula bilir və yorulmalıdır. Doğmalar da yaddaşının hər nöqtəsində yad olur. Psixoloji məqamda enerjinin paylanması qanununa tam zidd yaşayırıq.

Adamı qanuna zidd yaşamaq yorur. Bunun adı tərsinə yaşamaqdır.

İnsan özünü, beynini idarə edəndir. Beyin deyir: “Getmirəm”. Axı bu, həm də kimyadır. Fizika kvant fizikasına uduzur, amma unutmayaq ki, kimya insan orqanizminin əsas qidasıdır.

Yaşamaq çətin deyil, əksinə, gözəldir. Yaşamaqdan gözəli yoxdur. Fövqündə olan nöqtəni həmişə nəzərə alaq. Ora var və bəzən o nöqtədən hər şey daha aydın görünür.

Hər halda yuxarının havası aşağıdakından gözəl olar. Dilimizdə ironiya məzmunlu bir ifadə var: “Dincəl də…” Əslində bu, ironiyasız bir tövsiyədir. Sakit yaşamaq, tıxacıxmamaq, gileylənməmək, mühakimə etməmək elə dincəlməkdir.

Həyat insana verilən son və müddətli şansdır. Belə olan halda hara tələsirik axı? Zövq almaq imkanı kainatın ən böyük mükafatıdır. Ölüm həmişə tez gəldiyi kimi, qərarlar da həmişə tez verilir.

Tələsmə, asta-asta yaşa. Gedəcəyimiz, varacağımız bir hədəf var. O hədəfə çatmaq üçün niyə tələsək? Bizi yoxa çıxaracaq nöqtəyə niyə tez çataq?..

Dincələ-dincələ yaşayaq. Dincəlmək səbrə qapılmaqdır.

Şərhlər
  • Rey.

    Bu muellifin bir adi var- Arxayin Memmed!Rehmetliyin oglu, zoz tapmirsan danishmaga?

  • Mən

    Necə tələsmədən yaşayaq ki, işsizik,necə tələsmədən yaşayaq ki, sosial vəziyyət çox aşağıdır,necə tələsmədən yaşayaq ki,vergilər belimizi büküb,necə tələsmədən yaşayaq ki,market,bazarlardan istədiyimiz qidanı ala bilmirik,necə tələsmədən yaşayaq ki, soyuducu artıq ətin iyini,rəngini unudub,necə tələsmədən yaşayaq ki,hər addımbaşına cərimələr belimizə yüklənir,necə tələsmədən yaşayaq ki, aldığımız qəpik quruş komunal xərcləri belə qarşılamır,necə tələsmədən yaşayaq ki, maddi sıxıntəlara görə övladımızın üzünə baxa bilmirik......Belə.yaşamaq kimə lazımdır ki.....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar