Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Fransanın ölkəsindəki səfiri Olivye Dekotinyeni şəxsi iqamətgahında qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Bir saata yaxın davam edən söhbətdə sabiq prezident səfirə Ermənistan-Fransa dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistanda daxili siyasi gərginliyin azaldılması perspektivləri, eləcə də regional proseslərlə bağlı fikirlərini təqdim edib. Görüşdə səfirliyin birinci katibi Juli For da qatılıb”, - məlumatda bildirib.