ABŞ-nin Şimali Texas əyalətində qəribə hadisə baş verib. Yeni alınmış “Tesla Cybertruck” avtomobili qəsdən gölə sürülüb. Nəticədə maşın tamamilə su altında qalıb.
“Bakupost” xəbər verir ki, hadisə Qreypvin gölündə baş verib. Sürücü Cimmi Cek MakDaniel avtomobili qayıq rampasından suya salıb. O, “Wade Mode” funksiyasını yoxlamaq istədiyini deyib.
Maşın qısa müddətdə batmağa başlayıb. Sürücü və sərnişin son anda qurtula bilib.
Polis sürücünü saxlayıb.
“Tesla”nın məlumatına görə, “Wade Mode” yalnız dayaz sulardan keçmək üçündür. Sistem təxminən 800 mm dərinliyə qədər işləyir. Daha dərin və ya palçıqlı yerlərdə istifadə risklidir.
Bahar Babaşova, BakuPost