Ru
15:24 / 25 May 2026

Tokioda dəhşətli anlar: İnsanların üstünə naməlum maddə püskürtdü - 20 yaralı

Tokioda dəhşətli anlar: İnsanların üstünə naməlum maddə püskürtdü  - 20 yaralı
Eye

Yaponiyanın paytaxtı Tokiodakı bir alış-veriş mərkəzində qorxulu anlar yaşanıb.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, naməlum şəxs bankomat olan ərazidə insanların üzərinə naməlum maddə püskürdüb.

Yaranan qaçhaqaç və təşviş nəticəsində 20 nəfər müxtəlif dərəcəli yüngül xəsarətlər alıblar. Şahidlər maddənin kəskin qoxulu, insanın nəfəs almasını çətinləşdirən qaz olduğunu bildiriblər. Hadisə yerindəki yanğınsöndürınlər püskürdülən maddənin nə olduğunun araşdırıldığını bildiriblər.

Bu hadisə, 1995-ci ildə Tokioda baş verən qırğını xatırladıb. O vaxt Aum Şinrikyo təriqətinin üzvləri metroda sarin qazı püskürtmüşdülər. Nəticədə 14 nəfər həyatını itirmiş, minlərlə insan isə zəhərlənmişdi.

Gülsüm Baxşəliyeva, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar