Ru
16:04 / 06 Yanvar 2026

“Törənin İzində” verilişi Qırğızıstanda yayımlanacaq - VİDEO

“Törənin İzində” verilişi Qırğızıstanda yayımlanacaq - VİDEO
Eye

Azərbaycan televiziya izləyicilərini böyük maraqla izlədiyi “Törənin İzində” verilişi artıq yanvar ayından Qırğızstanın aparıcı televiziya kanallarından olan “Manas” telekanalının efirində yayımlanacaq.

Bakupost.az xəbər verir ki, bu, Eltən Qədimbəylinin müəllifi və aparıcısı olduğu bu layihənin Türk dünyasında tanınması yolunda atılan önəmli addım sayılır.

Hazırda Azərbaycanda ARB, ARB 24, Kanal S, Qafqaz TV və EL TV kanallarında yayımlanan “Törənin İzində” verilişi televiziya auditoriyasına yalnız xəbər və informasiya deyil, həm də mədəni və tarixi dəyərlərə toxunma imkanı yaradır. Veriliş çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızstanın elm, sənət və iqtisadiyyat sahələrində tanınmış şəxsləri ilə müsahibələr aparılır, Türk Birliyi və ortaq dəyərlər çağdaş baxış bucağından araşdırılır.

Veriliş Media İnkişaf Agentliyi və Audiovizual Şuranın dəstəyi ilə çəkilib. Məqsədi isə Türk dünyasının ortaq dəyərlərini tanıtmaq və təbliğ etmək, izləyicilərə tarix, mədəniyyət və gələnəklər haqqında dərin düşüncə və gələcək baxış imkanı yaratmaqdır.

Verilişin Qırğızstanda yayımlanması, yalnız coğrafi sərhədləri aşmaqla kifayətlənmir, eyni zamanda Türk dünyasının ortaq intellektual və mədəni dəyərlərinin media vasitəsilə daha geniş auditoriyaya çatdırılması yolunda strateji bir addım kimi dəyərləndilir. “Törənin İzində” artıq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının izləyiciləri üçün bir pəncərə açır, onları tarix, mədəniyyət və ortaq gələcəyə dair düşüncələrə çağırır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar