Bakıda 68 yaşlı qadını avtomobil vurub.
Bakupost-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Şamama Əliyeva yolu keçərkən onu "Toyota Prado" markalı minik avtomobili vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib və yaralı xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Aygün, Bakupost