ABŞ mediası prezident Trampın Çinə səfərindən sonra İrana qarşı yeni hücuma başlayacağını idda edib.
Bakupost.az xəbər verir ki, “Axios”a açıqlama verən, adı açıqlanmayan İsrail rəsmisi Trampın bu qərarı həftə sonu verə biləcəyini deyib. O bildirib ki, hücum İsraillə kordinasiyalı şəkildə baş tutacaq.
İsrail mətbuatı isə yazır ki, keçən həftə ABŞ Mərkəzi Komandanlığı ilə görüşən Tel-Əviv nümayəndələri Vaşinqtona İrana qarşı hücumları bərpa etmək istəklərini çatdırıblar.
Xəbərdə İranın yanacaq-energetika obyektlərinə hücum ehtimalının da müzakirə edildiyi bildirilib. Qeyd olunub ki, hücumların məqsədi İranı nüvə proqramına son qoymağa məcbur etməkdir.
Çinə səfərindən sonra İranla bağlı qərar verməsi gözlənilən Trampın isə qarşısında iki variantın olduğu irəli sürülüb: Hörmüz boğazında qapalı qalan ticarət gəmilərini çıxarmaq üçün hücumları bərpa etmək və ya “Azadlıq əməliyyatı”nı yenidən başlatmaq.
Bilal, BakuPost