Ru
09:18 / 26 May 2026

Tramp İranın zənginləşdirdiyi uranın taleyini belə görür

Tramp İranın zənginləşdirdiyi uranın taleyini belə görür
Eye

İranın zənginləşdirilmiş uran ehtiyatı ya utilizasiya üçün ABŞ-a daşınacaq, ya da İranda və ya başqa uyğun yerdə məhv ediləcək.

Bakupost.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazıb: "Zənginləşdirilmiş uran (nüvə tozu!) ya dərhal çıxarılmaq və məhv edilmək üçün ABŞ-a köçürüləcək, ya da yerində və ya uyğun bir yerdə, mümkün olsa elə İranla əlaqələndirilərək və məsləhətləşmələr aparılaraq məhv ediləcək".

Amerika prezidenti həmçinin ABŞ Nüvə İnstitututunun müşahidəçi kimi çıxış etməsini təklif edib.

Daha əvvəl müxtəlif münaqişələrdə həlak olan Amerika hərbçilərinin xatirə günündə Vaşinqton yaxınlığındakı Arlington Milli Qəbiristanlığında çıxış edən Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağına əminliyini ifadə etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar