Ru
20:15 / 04 Aprel 2026

Tramp məşhur qəzetdəki səhvi lağa qoydu - FOTO

Tramp məşhur qəzetdəki səhvi lağa qoydu -  FOTO
Eye

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin NATO abreviaturasını səhv açmasını ələ salaraq nəşrin peşəkar səviyyəsinin zəiflədiyini bildirib.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, məsələ qəzetin NATO-nu səhvən “North American Treaty Organization” adlandırması ilə bağlıdır.

Düzgün variant isə “North Atlantic Treaty Organization”dur.

“The New York Times” səhvi sonradan etiraf edib və düzəliş verəcəyini bildirib.

Tramp bu barədə Truth Social hesabında paylaşım edib. O, yazıb ki, “etibarı itirmiş” qəzet onun sözləri ilə desək, “sevimli prezidentinə” qarşı “saxta xəbərlər” yayır və bu dəfə NATO-nun adını da səhv yazıb.


Tramp həmçinin bildirib ki, qəzetdə işə qəbul və təhsil standartları ciddi şəkildə aşağı düşüb.

Bu məzmun müxtəlif media mənbələrində eyni sitatlarla yayılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar