Ru
09:48 / 23 May 2026

Tramp oğlunun toyunda iştirak edə bilməyəcək - SƏBƏB

Tramp oğlunun toyunda iştirak edə bilməyəcək - SƏBƏB
Eye

ABŞ Prezidenti Donald Tramp dövlət işləri səbəbindən böyük oğlu Donald Tramp-kiçiyin toyunda iştirak edə bilməyəcəyini açıqlayıb.

Bakupost.az Report-a istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

ABŞ lideri ailəsi ilə birlikdə olmaq istədiyini, lakin hökumət işi ilə bağlı şəraitin ona Vaşinqtonu tərk etməyə mane olduğunu bildirib.

Tramp həmçinin oğlunu və onun gələcək həyat yoldaşını qarşıdan gələn toy münasibətilə təbrik edib.

Mediada yayılan məlumatlara görə, Donald Tramp-kiçik model Bettina Andersonla Baham adalarının birində evlənməyi planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar