ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Venesuelanı ABŞ-nin 51-ci ştatı kimi göstərən şəkil yayıb.
Bakupost.az xəbər verir ki, daha əvvəl də o, Venesuelanın ABŞ-yə qoşula biləcəyini demişdi.
Tramp başqa paylaşımında isə media qurumlarını sərt tənqid edib. O, bəzi KİV-ləri “yalan xəbər mediası” adlandırıb.
ABŞ prezidentinin sözlərinə görə, media İranla bağlı yanlış məlumat yayır. O bildirib ki, İranın ABŞ-yə qarşı hərbi uğur qazandığını demək “tamamilə yanlışdır”.
Tramp iddia edib ki, ABŞ İran donanmasına məxsus 159 gəminin hamısını məhv edib.
O, bu cür xəbərlərin İranı əsassız şəkildə ümidləndirdiyini deyib.
Tramp əlavə edib ki, ABŞ əleyhinə danışanları “məğlub və nankor insanlar” kimi qiymətləndirir.
Qeyd edək ki, bəzi məlumatlara görə, İranın hərbi imkanlarının tam məhv edilməsi ilə bağlı iddialar mübahisəlidir və müstəqil mənbələr bunu təsdiqləmir.
Bahar Babaşova, BakuPost