Ru
18:09 / 25 May 2026

Trampdan ərəb ölkələrinə şərt: “İbrahim Sazişlərinə qoşulun”

Trampdan ərəb ölkələrinə şərt: “İbrahim Sazişlərinə qoşulun”
Eye

ABŞ Prezidenti Donald Tramp İran müharibəsi fonunda körfəzdəki ərəb ölkələrinə təzyiq etməyi də unutmur.

Məlumatlara görə, şənbə günü Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefonla danışıb. O bildirib ki, İranla münaqişə bitdikdən sonra hələ İbrahim Sazişlərinə qoşulmayanların İsraillə münasibətlərini normallaşdıracağını gözləyir.

Bakupost.az xəbər verir ki, İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri Trampın bu tələbi fonunda çıxılmaz vəziyyətdə qalıblar.

Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, İranla bağlı məsələnin həlli fonunda regionda daha geniş əməkdaşlığa start veriləcək:

“Yaxın Şərqdə əsas gərginlik iki məsələ ətrafındadır. Qəzza sektorundakı vəziyyət və İran məsələsi. Qəzza məsələsində ərəb dövlətləri demək olar ki, bütünlüklə HƏMAS-a dəstək vermir. Onlar məsələnin BMT qətnamələri çərçivəsində həllində maraqlıdır. Bununla bağlı İbrahim Sazişləri də imzalanıb. Əsas məsələ İranla bağlıdır ki, bu məsələnin həlli ilə regionda daha geniş əməkdaşlıq üçün real zəmin yaranacaq”.

Ekspert hesab edir ki, Trampın bu açıqlamasını ərəb ölkələrinə təzyiq kimi qəbul etmək lazım deyil:

“Ərəb ölkələri İbrahim Sazişlərinə gedəcək. İş ondadır ki, ABŞ-nin bu ölkələrlə xüsusi münasibətləri var. Münaqişə də göstərdi ki, həmin ərəb ölkələrinin əsas təhlükəsizlik təminatçısı məhz ABŞ-dir. Həmçinin, ABŞ-nin bu ölkələrdə marağı var. Bu mənada hesab edirəm ki, müharibənin bitməsi fonunda əksər ərəb ölkələrinin İbrahim Sazişlərinə qoşulması realdır. Tezliklə bu baş verəcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar