Ru
12:53 / 15 Sentyabr 2025

Tramp İsrailə xəbərdarlıq etdi

Tramp İsrailə xəbərdarlıq etdi
Eye

ABŞ Prezidenti Donald Tramp Qətərə endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq edib.

Bakupost.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Qətərin ABŞ-nin yaxşı tərəfdaşı olduğunu bildirən Tramp İsraili ehtiyatlı davranmağa çağırıb:

“İsrail və digərləri, biz ehtiyatlı olmalıyıq. İnsanlara hücum etdikdə, ehtiyatlı davranmalıyıq”.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohaya zərbə endirib. Hücumun hədəfi HƏMAS hərəkatının Dohada olan nümayəndələri olub. Nəticədə hərəkatın 5 üzvü, eləcə də Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar