Ru
18:22 / 27 Yanvar 2026

Trampın İranda öldürəcəyi şəxslərin adları yayıldı – SİYAHI

Trampın İranda öldürəcəyi şəxslərin adları yayıldı – SİYAHI
Eye

ABŞ–İran gərginliyi davam edərkən Vaşinqtonun mümkün hərbi planları barədə diqqətçəkən iddialar irəli sürülüb.

Bakupost.az “İsrael Hayom” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cəmi bir həftə əvvəl “İranda yeni liderliyə ehtiyac var” bəyanatı səsləndirib. Bu açıqlama Tehranda ciddi narahatlıq yaradıb.

Məlumatda bildirilir ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə intensiv cəmləşdirilməsi fonunda İranda yüksək rütbəli şəxslərin və strateji obyektlərin potensial hücum hədəfi ola biləcəyi ilə bağlı müzakirələr genişlənib. Nəşrin iddiasına görə, mümkün ssenarilərdə İranın hərbi-siyasi rəhbərliyinin ən yüksək səviyyədəki fiqurları əsas risk qrupuna daxildir.

Potensial hədəf kimi göstərilən şəxslərin siyahısı:

– İranın ali rəhbəri Əli Xamenei

– İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı Məhəmməd Pakpur

– Fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid

– İran Ordusunun komandanı Əmir Hatəmi

– Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi

– Bəsic milis qüvvələrinin komandanı Qulamrza Süleymani

– Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani

– Əli Xameneinin müşaviri Əli Şəmxani


Nəşr vurğulayır ki, bu siyahı rəsmi təsdiqlənməyib və Ağ Ev administrasiyası tərəfindən açıqlanmış rəsmi hədəf planı mövcud deyil. Lakin yayılan məlumatlar ABŞ–İran qarşıdurmasının hərbi mərhələyə keçə biləcəyi ehtimallarını gücləndirir və regiondakı gərginliyi artırır.

Tehran tərəfi isə ABŞ-dan gələ biləcək istənilən hücumu “tammiqyaslı müharibə aktı” kimi qiymətləndirəcəyini dəfələrlə bəyan edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar