Ru
15:14 / 22 Noyabr 2025

Türk bloger Gümrüdə: Ermənilər gəldi, türkləri qovdular - VİDEO

Türk bloger Gümrüdə: Ermənilər gəldi, türkləri qovdular - VİDEO
Eye

Türk bloger Ayxan Ərkmən (Ayhan Erkmen) Ermənistanın Gümrü şəhərindən reportaj yayıb.

Bakupost.az xəbər verir ki, reportajda bloger buranın tam bir türk şəhəri olduğunu xatırladıb. O bildirib ki, 1880-ci illərdən Qarsda olan ermənilər bu şəhərə yerləşməyə başlayıb, şəhərin sakinləri olan türklər (azərbaycanlılar) isə onlara qucaq açıb.

Daha sonra ermənilərin türkləri şəhərdən qovduğunu xatırladan bloger Gümrünün bütün arxitekturasının “Qars qoxuduğunu” vurğulayıb.

Qeyd edək ki, video bir ay öncə yayılsa da, erməni mediası bu gün - reportaj sosial şəbəkələrdə geniş yayıldıqdan sonra bu görüntülərdən yazıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar