Türkiyəli bloqerlə salfet satan azərbaycanlı uşaq arasında maraqlı anlar yaşanıb.
Bakupost.az-ın məlumatına görə hadisə Azərbaycandakı kafelərin birində baş verib.
Məlumata görə, salfet satmaq üçün türkiyəli bloqerin yanına yaxınlaşan uşağı mühafizəçilər uzaqlaşdırmaq istəyiblər.
Lakin bloqer buna etiraz edərək uşaqla söhbət edib. Sözügedən görüntülərdə bloqerin azyaşlı uşağa xoş davranışı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
Lalə,
BakuPost