Türkiyə futbol hakimlərin mərc oynaması qalmaqalı ilə sarsılır. İstanbul Apellyasiya Məhkəməsinin prokuroru Asım Ekren, bəzi keçmiş matçların ləğv edilə biləcəyini açıqlayıb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, Prokuror Ekren qeyd edib ki, hakimin mərc oynaması təkbaşına cinayət sayılmır, lakin idarə etdiyi oyunla bağlı mərc oynayıbsa, bu hal 6222 saylı qanuna əsasən “oyunun nəticəsinə birbaşa təsir etmək və ya mərc qoyduğu komandanın qələbəsi üçün çalışma” cinayətinə çevrilə bilər.
Onun sözlərinə görə, keçmiş oyunların nəticələri yalnız belə halların sübuta yetirilməsi halında ləğv oluna bilər.
Ekren əlavə edib ki, lisenziyalı platformada mərc oynamaq cinayət deyil, lakin bu davranış disiplin və etik baxımdan ciddi nəticələr doğura bilər.
Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu da bildirib ki, peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc hesabı var, 152-si isə aktiv şəkildə oynayır.
Cavid, BakuPost