Ru
01:04 / 29 Fevral 2020

Türkiyə qapıları açdı: Bolqarıstan sərhədə hərbçi göndərəcək - Avropanın MİQRANT DƏRDİ

6505
Bolqarıstan Türkiyə ilə sərhədə 1000 nəfərlik heyət göndərib.

Bu barədə ölkənin baş naziri Boyko Borissov açıqlama verib. O, suriyalı qaçqınların ölkəyə girişinin qarşısının alınması barədə verdiyi açıqlamada Türkiyə ilə sərhəddə nəzarət tədbirlərinin gücləndirildiyini dilə gətirib. Bolqarıstan Müdafiə Nazirliyi isə suriyalı qaçqınların ölkəyə girişinin qarşısını almaq üçün Türkiyə ilə sərhədə əlavə olaraq 1000 hərbçi göndərməyə hazır olduğunu bildirib.



Qeyd edək ki, bu gün səhər saatlarından Bolqarıstan Türkiyədən gələn 30 suriyalını ölkəyə buraxmayıb. Yunanistanda sərhədçilər günorta saatlarından etibarən qaçqınların ölkəyə girişinə mane olmaq üçün gözyaşardıcı qazlardan da istifadə edib.

Onu da bildirək ki, Türkiyə hökuməti bu gündən başlayaraq suriyalıların Avropaya keçməsinin qarşısını almayacağı barədə məlumat vermişdi.
(lent.az)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər