Ru
21:52 / 18 May 2026

Türkiyədə adambaşına düşən gəlir... - Ərdoğan

Türkiyədə adambaşına düşən gəlir... - Ərdoğan
Eye

Dünyada proteksionist meyillərin gücləndiyi, ticarət rəqabətinin isə daha da sərtləşdiyi bir dövrdə Türkiyə iqtisadiyyatının həcmi 1,6 trilyon dollara yüksəlib, adambaşına düşən gəlir isə 18 min dolları ötüb.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Ticarət və Sənaye Palataları və Birjaları Birliyində keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyənin yerləşdiyi bölgədə münaqişələrin davam etməsinə baxmayaraq, ötən ilin yekunlarına görə, ölkə iqtisadiyyatı 3,6 faiz artıb:

“Xarici ticarət dövriyyəsi 820 milyard dollara çatıb. Məhsul və xidmət ixracı 396 milyard dollar təşkil edib. Yaxın vaxtlarda ixrac həcmi 400 milyard dolları keçəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar