Ru
15:04 / 25 Mart 2026

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 88 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 88 nəfər saxlanıldı
Eye

Türkiyənin 24 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.

Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar