Gəncədə bədbəxt hadisə baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova məqbərənin körpüsündən yıxılıb. Qadın dərhal xəstəxanaya çatdırılıb, ona yardım edilib.
Qadının hansı şəraitdə körpüdən yıxılması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı aparılır.