Ru
17:10 / 25 Mart 2026

Rusiyada nə baş verir? - Putinlə bağlı diqqətçəkən açıqlama

Rusiyada nə baş verir? - Putinlə bağlı diqqətçəkən açıqlama
Eye

“Rusiya Prezidenti Vladimir Putin seçim qarşısında qalıb: ya Ukrayna ilə müharibədə strateji hazırlıq üçün müvəqqəti fasilə verib sonra davam etmək, ya da dayanmayaraq ən azı növbəti 12-18 ay ərzində döyüşləri davam etdirmək”.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.

Diplomat Yaxın Şərqdəki vəziyyətin Rusiyaya təsiri ilə bağlı suala belə cavab verib:

“Hazırda Putin şəxsi, taktiki və hətta bəlkə də strateji dəyişikliklər üzərində düşünür. Putin geosiyasi mövqelərinin bir hissəsini itirib. Söhbət Suriya, Venesuela, indi isə İrandakı durumdan söhbət gedir. Rusiya tükənir. Bu, açıq-aşkardır”.

Klimkin əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də əlavə və kifayət qədər böyük maliyyə vəsaitləri əldə edə bilir: “Amma bu vəsaitlər Rusiya iqtisadiyyatının fundamental, struktur problemlərini aradan qaldırmır”.

Sabiq nazir Rusiyada Teleqram sosial şəbəkəsinin bloklanmasına və digər messencerlərin işinin ləngidilməsinə də diqqət çəkib:

“Regionlarda internet bağlanır. Bunun yalnız İrandakı müharibənin nəticəsi olduğunu düşünmürəm. Rusiyada kifayət qədər mürəkkəb daxili proseslərin başlaya biləcəyi ilə bağlı real narahatlıq var”.

Klimkinin fikrincə, bu vəziyyətin sabit perspektiv kimi davam edib-etməyəcəyi sual altındadır:

“Bu o demək deyil ki, Rusiya sabah və ya birigün çökəcək, hələlik belə əlamətlər görmürəm təəssüf ki... Amma fundamental struktur problemlərin real əlamətləri nəzərə çarpır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar