Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.