Ru
17:00 / 25 Mart 2026

Yunanıstan Türkiyəyə qarşı SİLAHLANIR

Yunanıstan Türkiyəyə qarşı  SİLAHLANIR
Eye

Yunanıstan hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni addım atır. Ölkənin təhlükəsizlik şurası KİSEA çoxsəviyyəli hava hücumundan müdafiə və antidron sisteminin alınmasını təsdiqləyib.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, layihənin ümumi dəyəri təxminən 3 milyard avro təşkil edir. Bununla yanaşı, Yunanıstan 38 ədəd F-16 qırıcı təyyarəsinin modernləşdirilməsini də planlaşdırır və bu istiqamətdə əlavə xərclərlə birlikdə ümumi məbləğ 4 milyard avroya yaxınlaşır.

Yeni müdafiə sistemi “Axilles qalxanı” adlandırılıb və onun əsas elementlərindən biri İsrail istehsalı raketlər olacaq. Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, layihə çərçivəsində ölkənin hərbi-dəniz qüvvələri də gücləndiriləcək və dörd ədəd MEKO 200 freqatı modernləşdiriləcək.

Bununla yanaşı, ölkə daxilində bu qərarla bağlı tənqidlər də səsləndirilib. Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis bildirib ki, Afina bu siyasətlə İsrailin təsir dairəsinə düşür və öz müstəqilliyini zəiflədir.

Baş verənlər regionda da diqqətlə izlənilir. Bu qərar Türkiyə üçün həssas siqnal kimi qiymətləndirilir. Xatırladaq ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüş keçirmiş və tərəflər münasibətlərdə yeni mərhələdən danışmışdılar.

Lakin Yunanıstanın İsraillə hərbi əməkdaşlığını genişləndirməsi Ankarada ehtiyatla qarşılanır.

Beləliklə, Yunanıstanın yeni müdafiə planı yalnız hərbi deyil, eyni zamanda regiondakı siyasi balans baxımından da mühüm siqnal kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar