Ru
22:13 / 17 Avqust 2026

Türkiyədə istefada olan kontr-admiral həbs edildi

Türkiyədə istefada olan kontr-admiral həbs edildi
Eye

Türkiyədə istefada olan kontr-admiral Türker Ertürk sosial şəbəkələrdə yayımladığı videoda işlətdiyi ifadələrlə bağlı başlanılan istintaq çərçivəsində həbs edilib.


"Bakupost" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilib ki, İstanbulun Bakırköy Baş Prokurorluğu Ertürkün sosial şəbəkə hesabında paylaşdığı videodakı ifadələr əsasında istintaqa başlayıb. Ertürk "xalq arasında qorxu və təşviş yaratmaq məqsədilə təhdid" və "cinayət törətməyə təhrik etmə" ittihamları ilə saxlanılıb.

Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ertürk məhkəməyə gətirilib. Məhkəmənin qərarı ilə o, həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar