Ru
18:21 / 13 May 2026

Türkiyəyə çağırış: NATO-ya bənzər yeni ittifaq...

Türkiyəyə çağırış: NATO-ya bənzər yeni ittifaq...
Eye

Ötən il Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan qarşılıqlı strateji müdafiə sazişi Türkiyə və Qətəri də əhatə edəcək şəkildə genişləndirilə bilər.


Bakupost.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

“Bu, gələcək üçün bir tənzimləmədir. Eyni zamanda mövcud vəziyyəti də əhatə edir. Qətər və Türkiyənin də sözügedən müqavilənin bir hissəsi olması xoş bir hadisə olardı. Bu, bölgəmiz daxilində iqtisadi və müdafiə sahələrində xaricdən asılılığı minimuma endirən bir tənzimləmənin ortaya çıxması demək olardı”, - nazir bildirib.

X.Asif əlavə edib ki, bu təşəbbüs eyni düşünən dövlətlər arasında daha geniş əməkdaşlıq platforması yaratmaqla regional sabitliyi və kollektiv təhlükəsizliyi gücləndirməyi hədəfləyir:

“Dünyada qarşılıqlı asılılıq həmişə mövcud olacaq. Bütün ölkələr iqtisadi və digər sahələrdə bir-biri ilə bağlıdır. Lakin, regionumuzda sülh üçün inanıram ki, bu razılaşma heç kimə qarşı deyil. Əksinə, regionda sülhün qorunması üçün son dərəcə vacibdir. Və mövcud vəziyyət baxımından düşünürəm ki, bu, faydalı təsir göstərəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar