Ru
10:36 / 03 Oktyabr 2025

UEFA Addainin qolunu günün ən yaxşı qolu seçdi - VİDEO

UEFA Addainin qolunu günün ən yaxşı qolu seçdi - VİDEO
Eye

"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı adına layiq görülüb.

Bakupost.az xəbər verir ki, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard "köhlən atlar"ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar