Türkiyənin "Aydınlık" qəzeti sensasion video yayıb.
Bakupost.az xəbər verir ki, kadrlarda Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak və Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski ABŞ senatoru Lindsi Qremə silah tədarükündə dəstək qarşılığında pul verilməsini müzakirə edirlər.
Nəşrin yazdığına görə, videonu Ukraynadan olan mənbə təqdim edib. Təxminən bir dəqiqəlik söhbətdə Yermak senator Qremin “Rinat” adlı şəxsdən (böyük ehtimalla oliqarx Rinat Axmetov) pul aldığını, lakin silah məsələsini həll etmədiyini bildirir. Həmçinin “Benya” adı çəkilir – qəzet bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqələndirir. İddiaya görə, o, daha böyük məbləğ ayırdığı üçün Təl-Əviv silah tədarükündə üstünlük qazanıb.
Maraqlıdır ki, söhbət rus dilində aparılıb və onlayn-konfrans platformasında qeydə alınıb.
Bu iddialar həm Ukraynada, həm də ABŞ-da ciddi rezonans doğurub.
Ayxan,
BakuPost