Ru
09:05 / 12 Sentyabr 2025

Ukraynadan Rusiya şəhərlərinə hücum – “Lukoyl” neft bazasında yanğın baş verdi - VİDEO

Ukraynadan Rusiya şəhərlərinə hücum – “Lukoyl” neft bazasında yanğın baş verdi - VİDEO
Eye

Səhər saatlarında Ukrayna dronları Rusiyanın bir sıra regionlarında partlayışlara səbəb olub.

Səhər saatlarında Ukrayna Rusiyanın Sankt-Peterburq, Smolensk, Orlov, Tula, Moskva və Krasnodar diyarlarına dronlarla hücum edib.

Bakupost.az “UNİAN”a istinadən xəbər verir ki, yerli sakinlər sosial şəbəkələrdə güclü partlayışlar və dron qalıqlarının evlərin yaxınlığına düşməsi barədə məlumat paylaşıblar.

Xüsusilə, Smolensk vilayətinin Yartsevo rayonunda "Lukoyl" şirkətinə məxsus böyük neft bazasında yanğın baş verib. Rusiya tərəfinin verdiyi məlumata görə, yanğın bir neçə saat sonra lokallaşdırılıb.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin yanğını təsdiqləyib və qeyd edib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb və dağıntıların miqyası böyük deyil.

Sankt-Peterburqda Primorsk limanında yerləşən neft infrastrukturuna da hücum edildiyi, nəticədə bir gəmidə yanğın baş verdiyi bildirilib.

Dron hücumları fonunda “Pulkovo”, “Yaroslavl”, “Kaluga” ,“İvanovo” ,“Pskov” hava limanlarında uçuşlar dayandırılıb.

Rusiyanın Müdafiə Nazirliyi bu hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar