Ru
23:05 / 30 Yanvar 2026

Əməkdar artist “Temu”nu məhkəməyə verdi: Şəklindən istifadə edilib...

Əməkdar artist “Temu”nu məhkəməyə verdi: Şəklindən istifadə edilib...
Eye

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.

Bakupost.az xəbər verir ki, bununla bağlı əməkdar artist Nahidə Orucova Medialoq.az-a açıqlama verib.

O qeyd edib ki, "Temu" şəkli özbaşına paylaşıb:

"Bu məsələyə dair vəkillə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ qaldırılsın".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar