Ru
12:05 / 24 İyul 2026

“Intel”dən 11 milyardlıq zərər

“Intel”dən 11 milyardlıq zərər
Eye

ABŞ-nin çip istehsalçısı “Intel” bu ilin ikinci rübündə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 16,1 milyard dollara çatdığını açıqlayıb.

“Bakupost” xəbər verir ki, buna baxmayaraq, şirkət hesabat dövründə 11 milyard dollar xalis zərər qeydə alıb. Ötən ilin eyni dövründə bu göstərici 2,9 milyard dollar olub.

Şirkət üçüncü rübdə gəlirlərinin 15,8–16,8 milyard dollar arasında olacağını proqnozlaşdırır.

“Intel”in baş icraçı direktoru Lip-Bu Tan bildirib ki, süni intellekt texnologiyalarının inkişafı hesablama gücünə tələbatı əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, ikinci rübün nəticələri şirkətin son 15 ildən çox müddətdə qeydə aldığı ən güclü gəlir artımını əks etdirir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar