Ru
15:48 / 04 Noyabr 2026

Dönərdən zəhərlənmə: 34 nəfər xəstəxanalıq oldu

Dönərdən zəhərlənmə: 34 nəfər xəstəxanalıq oldu
Eye

Türkiyənin cənubundakı Hatay vilayətində dönər yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə 34 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib.


"Bakupost" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Hadisə Hatayın Yayladağı rayonunun Kurtuluş məhəlləsində baş verib. Müştərilərin şikayətlərindən sonra rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları dönər satılan müəssisədəki məhsullardan nümunələr götürüblər.

Məlumata görə, həmin müəssisədə yemək yedikdən sonra özlərini pis hiss edən 34 nəfərin hamısı xəstəxanaya müraciət edib. Son məlumatlara əsasən, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılanadək bələdiyyə orqanları müəssisəni möhürləyərək fəaliyyətini dayandırıb.

Laboratoriya analizlərinin nəticələri hələ açıqlanmayıb.

Tibbi yardım üçün müraciət edən bütün xəstələr müalicələri başa çatdıqdan sonra xəstəxanadan evə buraxılıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar