Ru
15:11 / 04 Noyabr 2026

“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olub

“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olub
Eye

Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunan “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.

Kino Agentliyindən "Bakupost"a verilən məlumata görə, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunun qəhrəmanlıq yoluna işıq salır.

Çəkilişlər 2026-cı ilin martında Bakıda, Abşeron rayonunun Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb.

Sənədli filmin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilib.

Filmin təqdimatı noyabrın 2-də Nizami Kino Mərkəzində baş tutub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar