Ru
14:34 / 04 Noyabr 2026

Gələn il pensiyalar neçə faiz artacaq?

Gələn il pensiyalar neçə faiz artacaq?
Eye

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.

"Bakupost" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.

Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əmək haqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.

Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.

Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar