Ru
22:11 / 09 Yanvar 2026

Ukrayna və Britaniya müdafiə əməkdaşlığı üzrə yol xəritəsini imzaladı

Ukrayna və Britaniya müdafiə əməkdaşlığı üzrə yol xəritəsini imzaladı
Eye

Ukrayna və Böyük Britaniya Kiyevdə 2026-cı il üçün müdafiə əməkdaşlığı üzrə yol xəritəsi imzalayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal “Telegram” hesabında məlumat verib.

“Bu gün Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsini imzaladıq”, – o yazıb.

Qeyd edək ki, imzalanan sənəd hava hücumundan müdafiə, dronlar, aviasiya və uzaqmənzilli silahlar sahəsində birgə layihələri əhatə edir.

Razılaşma uzunmüddətli hərbi-texniki əməkdaşlığı gücləndirməyi və Rusiyanın hücumlarına qarşı Ukraynanın müdafiə imkanlarını artırmağı hədəfləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar