Ukrayna ərazisində təxminən 700 min Rusiya hərbçisi yerləşdirilib. Şimali Koreya döyüşçüləri isə yalnız Rusiya ərazisində qalır.
Bakupost.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov bildirib.
Onun sözlərinə görə, Rusiya qruplaşmasının böyük hissəsi Donetsk vilayətində cəmləşib.
Yusov əlavə edib ki, Rusiyanın sursatlarının demək olar yarısı KXDR-dən tədarük olunur.Onların artilleriya mərmilərinin bir hissəsi Rusiya istehsalı olanların 40-60 faizini təşkil edir.
Kəşfiyyat nümayəndəsi həmçinin bildirib ki, Rusiyanın əsas hədəfləri əvvəlki kimi Ukraynanın mülki və kritik infrastrukturu olacaq.
Lalə,
BakuPost