Ru
10:48 / 06 Mart 2026

Ukraynadan ABŞ-yə dəstək – Yardım göndərir

Ukraynadan ABŞ-yə dəstək – Yardım göndərir
Eye

Ukrayna ABŞ-da baş verən böhranlı vəziyyət fonunda Vaşinqtona dəstək məqsədilə yardım göndərdiyini açıqlayıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Ukrayna hakimiyyətinin bildirdiyinə görə, yardım paketi humanitar və texniki dəstək elementlərini əhatə edir və ABŞ ilə strateji tərəfdaşlığın nümayişi kimi qiymətləndirilir.

Rəsmi Kiyev bu addımın iki ölkə arasında əməkdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərdiyini vurğulayıb. Ukrayna rəhbərliyi qeyd edib ki, ABŞ Rusiyaya qarşı müharibə başlayandan bəri Ukraynanın əsas hərbi və maliyyə tərəfdaşlarından biridir.

“Reuters” yazır ki, Vaşinqton indiyədək Ukraynaya milyardlarla dollar dəyərində hərbi və iqtisadi yardım göstərib və bu dəstək Kiyevin müdafiə qabiliyyətinin qorunmasında əsas rol oynayıb.

Məlumata görə, ABŞ tərəfindən Ukraynaya müxtəlif dövrlərdə hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, pilotsuz uçuş aparatları və digər hərbi texnika göndərilib.

Analitiklər hesab edirlər ki, Ukraynanın ABŞ-a yardım göndərməsi əsasən siyasi və simvolik xarakter daşıyır və iki ölkə arasında strateji tərəfdaşlığın davam etdiyini nümayiş etdirmək məqsədi güdür.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar