Almaniya kansleri Fridrix Mertz hazırkı Avropa Komissiyasının sədri Ursula Fon der Lyayeni ölkə prezidentliyinə namizəd göstərməyi nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Almaniya Xristian-Demokrat İttifaqı partiyasının gələcək prezident seçkiləri üçün namizədləri siyahısında Bundestaqın sədri Yuliya Klekner, Ailə İşləri naziri Karin Prin və Bavariya parlamentinin rəhbəri İlze Aigner də yer alır.
Ekspertlər hesab edir ki, Ursula Fon der Lyayen Brüsseldə “Yaşıl Kurs” siyasəti və Ukraynaya dəstək fəaliyyətləri ilə artıq özünü sübut edib. Onun prezident seçilməsi Almaniyada tarixi hadisə olacaq. O, qadın olaraq həm ilk müdafiə naziri, həm ilk Avropa Komissiyası sədri, həm də ilk federal prezident kimi tarixə düşəcək.
Aysel,
BakuPost