Uşaqları bu qidalardan uzaq tutun - Qaraciyəri məhv edir

  • 09 Dek 2019 10:42
  • 707 Baxış
Uşaqları bu qidalardan uzaq tutun -  Qaraciyəri məhv edir


İtaliya mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki,bəzi qidaların qəbulu uşaqlarda qaraciyərin sıradan çıxmasına gətirib çıxarır. Belə ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.

BakuPost xəbər verir ki, alimlər xüsusilə vurğulayır, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.


Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etikcə bu xəstəlik qaraciyər sirrozunun inkişafına gətirib çıxardır.



X